Putin tayqada istirahət edir – Video

saytların hazırlanması

Evə çatdırılma

Putin tayqada istirahət edir – Video

Dünya

07 Oktyabr 2019 07:06 1153


Bu gün ad gününü qeyd edən Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Sibir tayqasına gedib. 

“Yeni Sabah” xəbər verir ki, prezident təbiəti gəzib, göbələk yığıb.  Vladimir Putin gəzintinin gedişatında qeyd edib ki, Moskva ilə Sibir tayqasında havanın eyni olmasına can atmaq lazımdır. Putin zarafatla Şoyqunun qazıb çıxardığı bitki kolunu bağ evinin həyətində əkəcəyini deyib. Nazir isə cavab verib ki, bitki üçün başqa iqlim lazımdır. 

Gəzinti zamanı prezidentin yanında olan şəxslərdən biri Moskvanın da havasını Sibir havası kimi təmizləməyin mümkün olub-olmaması barədə maraqlanıb. “Bu sualı mənə yox, prezidentə verin”, – deyə nazir sualın ünvanını dəyişdirib. “Hər halda cəhd etmək lazımdır”, – Putin cavab verib. pizza sifarişi

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin 67 yaşını doğmaları və yaxınları ilə təbiət qoynunda qeyd edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!