"Rusiya prezidenti Vladimir Putinin Kiyevlə diplomatik əməkdaşlıq əhval-ruhiyyəsinə inanmıram".
Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Senatın Beynəlxalq Əlaqələr Komitəsində çıxışı zamanı deyib.
O qeyd edib: “Hələlik biz prezident Putinin konstruktiv danışıqlara ciddi yanaşdığını göstərən heç bir əlamət görməmişik”. Marqarita pizza
E. Blinken ABŞ-ın Ukraynaya silah tədarükünü sürətləndirdiyini və hazırda bu prosesin adətən Ukraynadan sorğu aldıqdan sonra cəmi 72 saat çəkdiyini qeyd edib.
Xarici işlər naziri ABŞ-ın Ukraynaya yardım etmək öhdəliyini bir daha təsdiqləyib:
“Mən ABŞ-ın Ukrayna hökumətinə və Ukrayna xalqına dəstək üçün etdikləri ilə fəxr edirəm və bir daha əminəm ki, bunu davam etdirməliyik”.
Telegram kanalımız