Putin: Ukrayna ilə danışıqlara hazırıq, amma...

saytların hazırlanması

Evə çatdırılma

Putin: Ukrayna ilə danışıqlara hazırıq, amma...

Dünya

05 Sentyabr 2024 12:02 384


Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib, ancaq 2022-ci ildə İstanbulda əldə olunan razılaşmalar əsasında.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, o zaman Kiyevdə hökumət nümayəndələri ilə mümkün sülh sazişinin demək olar ki, bütün parametrlərinə nail olunub, lakin sonra Böyük Britaniya prosesə müdaxilə edib və Ukrayna hakimiyyəti “fərqli yol tutub”. Pepperoni pizza

Putin Rusiya və Ukrayna arasında mümkün danışıqlarda hansı ölkənin vasitəçi ola biləcəyinə aydınlıq gətirib:

"Bu münaqişə ilə bağlı bütün məsələlərin həllində səmimi maraq göstərən dostlarımıza və tərəfdaşlarımıza hörmətlə yanaşırıq. Bunlar, ilk növbədə, Çin Xalq Respublikası, Braziliya, Hindistandır. Mən bu məsələ ilə bağlı həmkarlarımızla daimi əlaqə saxlayıram. Şübhə yoxdur ki, bu ölkələrin liderləri bu mürəkkəb prosesin bütün təfərrüatlarını başa düşməyə kömək etməyə səmimiyyətlə sadiqdirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!