Ermənistan tərəfinin təşəbbüsü ilə Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qarabağda vəziyyət müzakirə edilib, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə bütün sazişlər kompleksinin ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb. pizza mizza
Rusiya prezidenti Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.
Telegram kanalımız