Putin xərçəng xəstəsi imiş, tezliklə...   - ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Putin xərçəng xəstəsi imiş, tezliklə... - ŞOK İDDİA

Dünya

01 May 2022 18:50 899


Ukraynada müharibə davam edərkən Rusiya lideri Vladimir Putinlə bağlı yeni iddia irəli sürülüb.

Yenisabah.az xəbər verir ki, xarici kəşfiyyat məlumatlarının paylaşıldığı “General SVR” teleqram kanalında yayılan iddiaya görə, Putin xərçəng xəstəliyindən əziyyət çəkir və əməliyyat olunacaq. 

Son vaxtlar yayılan görüntülərdə müvazinətini saxlamaqda çətinlik çəkən 69 yaşlı Putinin xərçəngdən xilas olmaq üçün əməliyyata girəcəyi, bu səbəbdən bir müddət üzdə olmayacağı iddia edilir. pizza hut

Bildirilir ki, Putin Ukraynaya müdaxiləyə tam nəzarəti Rusiya Təhlükəsizlik Şurasının katibi və keçmiş DTK rəsmisi Nikolay Platonoviç Patruşevə verəcək. 

Bundan öncə parkinson xəstəliyindən əziyyət çəkdiyi deyilən Putin hələ aprelin 2-ci yarısında əməliyyat olunmalı imiş. Ancaq o, Ukraynadakı hərbi əməliyyatlar səbəbindən əməliyyata razılıq verməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!