Putinin Baydeni nə vaxt təbrik edəcəyi məlum olub

saytların hazırlanması

Evə çatdırılma

Putinin Baydeni nə vaxt təbrik edəcəyi məlum olub

Siyasət

23 Noyabr 2020 16:22 1006


Vladimir Putinin Co Baydeni təbrik etməsindən öncə ABŞ-da prezident seçkilərində qələbə barədə rəsmi elanı və məhkəmə iddialarının yekunlarını gözləmək lazımdır.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Birincisi, seçilmiş prezident elan edilməlidir. Əslində, fəaliyyətdə olan prezident seçkilərin nəticələrini tanımalıdır və bütün məhkəmə iddiaları bitməlidir. Lakin aydındır ki, bu hələ baş verməyib”, - deyə Kremlin sözçüsü vurğulayıb. Sezar pizza

D. Peskov qeyd edib ki, bundan əvvəl keçirilmiş seçkilərdə bütün amerikanşünasların, sosioloqların və digərlərinin bütün proqnozları Hillari Klintonun qalib gəldiyini göstərirdi: “Həqiqətən də hər kəs bu barədə baş vermiş fakt kimi danışırdı. Lakin başqa cür oldu”. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!