Rusiya prezidenti Vladimir Putinin daim yanında gəzdirdiyi çanta ilk dəfə görüntülənib.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, çantanın görüntüsü ölkənin Müdafiə Nazirliyinin rəsmi mətbu orqanı olan "Zvezda"da yayımlanıb.
Məlumata görə, çantanın içində nüvə raketinin atılmasını təmin edən düymə yerləşir. Bu da mümkün bir müharibə təhlükəsi zamanı Prezidentin bir düymə vasitəsilə nüvə raketini aktivləşdirməsinə imkan verir. Çantanın 2 əsas düyməsi var ki, bunlardan ağ olan düymə daha böyük əhəmiyyət daşıyır. Çünki ona basıldığı an xüsusi kodlar strateji raket mərkəzlərinə göndərilir və birbaşa təlimat gerçəkləşir. Pepperoni pizza
Putinin buna oxşar daha 2 çantasının olduğu bildirilir.



Sabrina Eldarqızı
Telegram kanalımız