Putinin prezidentliyə namizədliyi hazırlanır

saytların hazırlanması

Evə çatdırılma

Putinin prezidentliyə namizədliyi hazırlanır

Siyasət

16 Yanvar 2023 07:46 1144


Kremldə Rusiyada 2024-cü ildə keçiriləcək prezident seçkisinə hazırlıqlar başlanıb.

Prezident administrasiyasının məmurları deyirlər ki, müharibəyə baxmayaraq seçki təyin olunduğu vaxtda keçiriləcək və bu seçkidə Vladimir Putin namizəd olacaq. Bu barədə məlumatı mənbələrə istinadən “Kommersant” qəzeti, habelə “Vyorstka” saytları yayıb.

Qeyd olunur ki, 2020-ci ildə Rusiya Konstitusiyasına edilmiş düzəlişlərlə prezident Putinin bundan əvvəlki bütün prezidentlikləri “sıfırlanıb” və o indi 2024, hətta 2030-cu ilin prezident seçkilərində namizədlik vermək imkanına malikdir. pizza hut

2000-ci ildən bəri dördillik fasilə (2008-2012-ci illərdə onlar yerlərini ovaxtkı baş nazir Dmitri Medvedevlə dəyiş-düyüş etmişdilər) nəzərə alınmazsa prezidentlik edən Putinin özü hələki 2024-cü il seçkisinə dair planlarını açıqlamayıb.

Kommersant yazır ki, hələlik Putinin namizədliyinin “dəqiq ideoloji konturları” yoxdur, amma bunun “xalq birliyinə” əsaslanacağı gözlənilir. Qəzetin yazdığına görə Kreml bu ilin payızında keçiriləcək regional seçkilərdə 2024-cü ilin prezident seçkisi üçün “yeni məzmunlu ideyalarını və texnologiyalarını” sınaqdan çıxaracaq.

Kommersant qəzetinin müsahibləri deyiblər ki, növbəti prezident seçkisində əsas diqqət “yeni təbəqəyə” – müharibə iştirakçılarına və onların qohumlarına yönəldiləcək. Eyni zamanda Rusiyanın Ukraynadan yenicə ilhaq etdiyi ərazilərdə də elektoratla iş aparılacaq.

“Vyorstka” saytı yazır ki, Kreml 2024-cü il seçkisinə hazırlığın “yeni fazasına” keçib. Qeyd olunur ki, prezident seçkilərinə hazırlıq üçün regionlarda da start verilib.

Regionlar yaxın aylar ərzində əhalinin əhvalını sosial media şəbəkələrində öyrənməli və adamlar üçün ən mühüm məsələləri aydınlaşdırmalı, problemlərin həllinə səylər göstərməlidirlər.

Hətta bunun da müəyyənləşdirildiyi deyilir ki, 2024-cü il seçkisində Putinin rəqibləri Dövlət Dumasında təmsil olunan partiyaların nümayəndələri olacaq.

“Vyorstka” yazır ki, region başçılarına regional seçkiyədək mümkün qədər reklamlı şəkildə müharibə zonasına səfərlər etmək tapşırılıb. "Vedomosti” qəzeti bugünlərdə yazmışdı ki, yanvar-fevral aylarında Moskva ətrafında vitse-qubernatorlar üçün daxili siyasət seminarlarının keçirilməsi planlaşdırılır.

Qeyd edilir ki, bu seminarlarda da 2024-cü ilin prezident seçkisinə hazırlıq müzakirə oluna bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!