Putinin şəxsi operatoru işdən çıxdı: “Boğaza yığıldım“

saytların hazırlanması

Evə çatdırılma

Putinin şəxsi operatoru işdən çıxdı: “Boğaza yığıldım“

Dünya

04 May 2022 12:40 582


Rusiya prezidenti Vladimir Putinin şəxsi operatoru İlya Filatov vəzifəsindən istefa verib.

Yenisabah.az "Proyekt"ə istinadla xəbər verir ki, onun son çəkilişi Putinin fevralın 24-də Ukraynaya hücumu elan edən müraciəti olub.

Bu məlumatı rus nəşrinə Filatovun özü də təsdiqləyib: Sezar pizza

“İşim məni boğaza yığdı. Üstəlik, aylarla karantində oturmaqdan yoruldum".

Filatovun tanışları onun sözlərini təsdiqləyir: "Putinlə işləmək həqiqətən də daimi təcrid deməkdir".

Bununla belə, Kremldə operatorun həmkarlarından biri deyib ki, onlar fərqli fikirdədirlər. Onlar hesab edirlər ki, işdən çıxarılmasına səbəb Filatovun Rusiyanın Ukraynaya qarşı müharibəsi barədə ehtiyatsız açıqlaması olub. Filatovun özü də bu fərziyəni təkzib edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!