Fevralın 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə soyqırımı zamanı hər iki valideynini itirmiş xocalılılar, Bosniya və Hersoqovinanın “Srebrenitsa və Jepa Anklavları Anaları” Assosiasiyasının üzvləri iştirak ediblər.
Əvvəlcə Xocalı və Srebrenitsa soyqırımları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. pizza
Dövlət Komitəsinin sədri Rövşən Rzayev təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin iki yüz ildən çox müddətdə davam etdiyini, 27 il əvvəl onların törətdiyi Xocalı soyqırımının bu siyasətin ən qanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd edilib ki, beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozan Ermənistan silahlı qüvvələri mühasirədə qalmış dinc əhaliyə amansızcasına divan tutub, şəhərin 613 sakinini qəddarlıqla qətlə yetirib.
Torpaqlarımızın işğal altında olduğunu, BMT-nin qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğulayan Dövlət Komitəsinin sədri sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə Azərbaycanın öz ərazilərini azad etmək hüququnu gerçəkləşdirəcəyini bildirib. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad edib, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçib.
Tədbirdə “Srebrenitsa və Jepa Anklavları Anaları” Assosiasiyasının prezidenti, Srebrenitsa soyqırımında ərini, oğlunu və daha 22 ailə üzvünü itirən Munira Subaşiç çıxış edərək soyqırımı hadisələrinin mahiyyəti və rəhbəri olduğu təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat veribGörüşdə vurğulanıb ki, soyqırımına məruz qalmış insanların varislərinin, bu hadisələrin şahidlərinin birgə fəaliyyəti və mübarizəsi bəşəriyyətin bu amansız cinayətdən qorunması üçün olduqca vacibdir.
Srebrenitsalı analara Xocalı soyqırımı qurbanlarının varisləri adından Dövlət Komitəsindəki görüşdən xatirə olaraq, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan kəlağayısı və Cocuq Mərcanlıya qayıdışın rəmzi olan suvenir təqdim edilib.
Telegram kanalımız