Qadın evdən qızılları oğurlayıb sevgilisinə verdi...

saytların hazırlanması

Evə çatdırılma

Qadın evdən qızılları oğurlayıb sevgilisinə verdi...

Kriminal

23 Mart 2019 01:06 1701


Ağcabədi rayonunda qadın öz evindən qızılları götürərək tanışına verib. Sonra isə polisə məlumat verərək oğurlandığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, Ağcabədi rayonunda polisə oğurluq hadisəsi barədə yalan məlumat verən gənc qadın saxlanılıb. Rayon sakini Könül Aslanova polisə müraciət edərək bildirib ki, ona məxsus evdən qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi əməliyyat istintaq tədbirləri nəticəsində məlum olub ki, 1500 manat dəyərində qızıl-zinət əşyalarını Könül Aslanova özü başqa bir şəxsə hədiyyə olaraq verib. Hadisəni ailə üzvlərindən gizlətmək üçün polisə yalan məlumat verib.

Faktla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir. Dördpendirli pizza

Xezerxeber.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!