Qadın futbolçular dalaşdı, yeni transfer klubdan getdi

saytların hazırlanması

Evə çatdırılma

Qadın futbolçular dalaşdı, yeni transfer klubdan getdi

İdman

24 Avqust 2025 23:10 618


Fransanın qadınlardan ibarət "Olimpik Marsel" komandasının futbolçusu Mariya Torisdottir təqdimatından iki gün sonra klubu tərk edib.

Sportnet.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi İspaniyada yerli "Europa" kollektivinə qarşı yoldaşlıq görüşündən sonra bu addımı atıb.

Norveçli oyunçu 84-cü dəqiqədə iki komandanın futbolçuları arasında ofsayd üstündə baş vermiş davadan təsirlənib. O, final fiti səslənən kimi kollektivdən ayrılıb və vətəninə yollanıb. O, gələcəyi barədə düşünməyə başlayıb. pizza

Qeyd edək ki, Mariya Torisdottir "Olimpik Marsel"lə avqustun 18-də müqavilə bağlayıb. Yoxlama oyunu isə avqustun 20-də keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!