Qadın güləşçilərimiz İtaliyaya yollanıblar

saytların hazırlanması

Evə çatdırılma

Qadın güləşçilərimiz İtaliyaya yollanıblar

İdman

22 May 2019 10:50 1091


Azərbaycanın qadın güləşçiləri mayın 23-də İtaliyanın Sassari şəhərində start götürəcək Matteo Pellikone Memorialında mübarizə aparacaqlar. 

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, üç gün davam edəcək turnirə 3 xanım pəhləvan yollanıb. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında son Avropa çempionatının medalçıları - Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova (hamısı 62 kq) İtaliyada da uğur qazanmağa çalışacaq.

Yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq. Pepperoni pizza

Qeyd edək ki, Avropa çempionatında Manolova qızıl, Kolesnik, Qəmbərova və Omelçenko isə bürünc medal götürüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!