Hindistanda uğurlu əməliyyat nəticəsində dünyanın ən böyük yumurtalıq şişi götürülüb.
Yenisabah.az xəbər verir ki, şişin çəkisi təxminən 107 kiloqram olub.
Həkimlər 52 yaşlı qadında aşkarlanan şişin təxminən 17 daş böyüklüyündə olduğunu vurğulayıblar. Həmçinin şişin bədənin 45 faizini əhatə etdiyi də qeyd olunub. Dominos pizza
Paytaxt Dehlidəki "İndraprastha Apollo" Xəstəxanasının həkimi Arun Prasad 30 illik fəaliyyətində belə bir hadisə ilə qarşılaşmadığını diqqətə çatdırıb.
Bildirək ki, əməliyyat 3 saatdan çox çəkib. Xəstənin vəziyyəti yaxşıdır.
Telegram kanalımız