Qadınları fotoları ilə şantaj edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qadınları fotoları ilə şantaj edən şəxs saxlanıldı

Kriminal

21 May 2025 16:23 398


Lənkəran sakini olan qadını şantaj edən şəxs tutulub.

Yenisabah.az xəbər verir ki, DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan qafqazinfo-ya bildirilib ki, rayon sakini olan qadının üzərinə rüsvayedici sözlər yazılmış fotosunun sosial şəbəkədə paylaşılması və silinməsi müqabilində ondan bir neçə dəfə müxtəlif məbləğlərdə pul tələb olunması barədə polisə məlumat daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri ilə hədə-qorxuda şübhəli bilinən Bakı sakini 25 yaşlı Əli Müslümov saxlanılıb. Dördpendirli pizza

 

 

Araşdırmalarla Ə. Müslümovun sosial şəbəkədə işlətdiyi səhifələrdə ayrı-ayrı qadınların fotoşəkillərini paylaşıb müxtəlif məbləğlərdə pul tələb edərək alması müəyyən olunub.

Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmaması araşdırılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!