““Qalatasaray” qalib gələndə artıq insanlara normal gəlir”- Səlcuq İnan

““Qalatasaray” qalib gələndə artıq insanlara normal gəlir”- Səlcuq İnan

İdman Veb saytların hazırlanması

20 May 2019 09:25 1123


“Bu inanılmaz bir duyğudur, qürurlanırsan, həyəcanlanırsan, sevinirsən. Bu çempionluğa azarkeşlərimiz layiq  idilər. Onlara dəstəkləri üçün təşəkkür edirəm”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri “Qalatasaray”ın futbolçusu Səlcuq İnan dünən “Başakşəhər” üzərində qələbə qazanaraq çempion olduqları oyundan sonra (2:1) deyib. Futbolçu çempionluğu bu cür şərh edib:

“Bizim yaxşı komandamız, baş məşqçimiz var. Hər kəs bərabərdir. 2 kuboku qazanmaq asan iş deyil. “Qalatasaray” qalib gələndə insanlara artıq normal gəlir. Amma bu asan məsələ deyil, gərək, çox çalışasan, çox zaman ayırasan. Bunu da hər kəs artıqlaması ilə etdi. Əməyinin qarşısını almaq gözəl hisdir. Çox xoşbəxtik”.

O, eyni zamanda özünün 13 kubok qazandığı da vurğulayıb:

“8 ildə 13 kubok qazandıq. Demək ki, nələrisə doğru edirik”.

Qeyd edək ki, bu çempionluq “Qalatasaray”ın 22-ci çempionluğudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!