“Qəbələ”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar” yoxlama oyunu keçirib.
Yenisabah.az xəbər verir ki, Macarıstan təmsilçisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində “Qalatasaray”la qarşılaşıb. Matç macarların qələbəsilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, “Qəbələ” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iyulun 21-i səfərdə “Fehervar”la ilk matça çıxacaq. Komandalar arasında cavab görüşü isə iyulun 28-i Bakıda olacaq. pizza sifarişi
Telegram kanalımız