“Qalatasaray”da Arda Turan şoku

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”da Arda Turan şoku

İdman

22 May 2019 09:26 1191


Arda Turanla bağlı yeni xəbər yayılıb.

"Yeni Sabah" xəbər verir ki, "Barselona"nın "Başakşəhər"ə icarəyə verdiyi futbolçunun yetirməsi olduğu "Qalatasaray"a dönə biləcəyi iddia edilib.

Qeyd edək ki, "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin milli komandaya rəhbərliyi etdiyi dönəmdə futbolçu ilə münasibətləri pisləşmişdi.  Dominos pizza

Bir müddət əvvəl "İmperator" ləqəbli mütəxəssisin atası vəfat etmiş, klubdan icazə verilmədiyi üçün dəfn mərasiminə qatıla bilməyən Arda zəng edərək başsağlığı vermişdi. Bundan sonra Terimlə futbolçu arasındakı soyuqluq aradan qalxıb. İddialara görə, Terimlə Arda bu günlərdə görüşərək müzakirələr apırıblar. 

"Başakşəhər" "Barselona"dan icarəyə götürdüyü Ardanı heyətində saxalmaq istəmir. Kataloniya klubu da onu geri qaytarmaq niyyətində deyil və satmaq istəyir. İddialara görə, "Qalatasaray" yaxın günlərdə "Barselona" ilə danışıqlara başlaya bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!