Qalmaqallı cərrah yenidən iş başında

saytların hazırlanması

Evə çatdırılma

Qalmaqallı cərrah yenidən iş başında

Sosial

28 Yanvar 2025 01:51 367


İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva yeni iş yerində fəaliyyətə başlayıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Bakıda fəaliyyət göstərən özəl xəstəxanaların birində çalışır.

Bir müddət ölkə gündəmindən düşməyən cərrah mama-ginekoloq artıq bir neçə doğuş prosesini də həyata keçirib. pizza hut

Qeyd edək ki, yanvarın 8-də mama-ginekoloq Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb. O, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar və Ləman Əliyeva işdən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!