Qalmaqallı sabiq polis rəisi vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qalmaqallı sabiq polis rəisi vəfat etdi - Foto

Hadisə

11 Mart 2020 19:04 907


2016-cı ildə arvadının dələduzluğa görə həbs edilməsi ilə gündəmə gələn polis mayoru Mahir Əkbərov vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, M.Əkbərovun arvadı Leyla Əkbərova tanışlarını işə düzəltmək adı ilə onlardan 100 min manatdan çox pul almışdı. Lakin vədinə əməl edə bilməyəndə həmin adamlara saxta sənədlər təqdim etmişdi. Zərərçəkmiş tərəf isə bu işdə Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsini tutan Mahir Əkbərovu ittiham edirdi. Bu məsələ araşdırılmağa başlayandan sonra M.Əkbərov polis orqanlarından xaric edilmişdi, arvadı Leyla Əkbərova isə 2017-ci ildə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bir neçə ay öncə L.Əkbərova azadlığa çıxıb. Mahir Əkbərov isə dünən şəkər təzyiqinin yüksəlməsi nəticəsində vəfat edib.  Marqarita pizza

M.Əkbərovun digər qardaşı Elçin Əkbərov isə uzun müddət Bakıda cəzaçəkmə müəssisəsi rəisi olub. Daha sonra Almaniyadan sığınacaq alaraq orada yaşayırdı. Ötən ilin sonunda isə mühacir alverinə görə Almaniyada saxlanılması barədə məlumatlar yayılmışdı. E.Əkbərov da qardaşının yasında iştirak edir. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!