Qaluzin: İrəvan-Bakı dialoqunda Rusiyanın roluna alternativ yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Qaluzin: İrəvan-Bakı dialoqunda Rusiyanın roluna alternativ yoxdur

Dünya

08 Fevral 2024 16:12 499


Ermənistanla Azərbaycan arasında dialoqda Rusiyanın rolunun alternativi yoxdur.

Yenisabah.az “Rossiya-24”yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli prosesini şərh edib. Marqarita pizza

Qaluzin qeyd edib ki, Rusiyanın hazırkı vəzifəsi hər iki ölkəyə barışıq və dinc qarşılıqlı fəaliyyət yollarını tapmaqda kömək etməkdir:

"Məhz Rusiyanın himayəsi altında, məhz prezident Vladimir Putinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan arasında nizamlanmanın əsasları yaradılıb".

Xarici işlər nazirinin müavini vurğulayıb ki, Rusiya sülh müqaviləsinin bağlanması ilə bağlı bütün məsələlər üzrə yardım göstərir. Qaluzin əlavə edib ki, Rusiya tərəfində Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üçün lazım olan materiallar var.

Diplomat Ermənistanın xarici oyunçuları cəlb etmək əvəzinə üçtərəfli nizamlamaya qayıtmasına ümid etdiyini bildirib. O, həmçinin qeyd edib ki, Moskva hər zaman dialoq üçün platforma təqdim etməyə hazırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!