Qaluzin: KTMT-də qalma elə Ermənistanın maraqlarına cavab verir

saytların hazırlanması

Evə çatdırılma

Qaluzin: KTMT-də qalma elə Ermənistanın maraqlarına cavab verir

Dünya

15 Fevral 2024 12:35 757


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərkibində qalmaq ilk növbədə Ermənistan xalqının və dövlətinin maraqlarına cavab verir.

Yenisabah.az “İzvestiya”ya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Ermənistan nümayəndələrinin KTMT iclaslarını boykot etməsini və İrəvanın sonda təşkilatı tərk edə biləcəyindən Rusiyanın narahatlığının olmasını şərh edən Qaluzin qeyd edib ki, KTMT-də qalmaq, təşkilat çərçivəsində tam hüquqlu məsləhətləşmələrə, müzakirələrə qayıtmaq ilk növbədə Ermənistan xalqının və dövlətinin maraqlarına cavab verir. Toyuqlu pizza

Diplomatın fikrincə, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından KTMT mexanizminin alternativi hazırda mövcud deyil.

“Bununla yanaşı, KTMT-yə üzv ölkələr həmişə İrəvana yardım göstərməyə hazır olub və indi də belədir. Vaxtilə Ermənistana hərbi-texniki dəstək, ixtisaslaşmış kadrların hazırlanması ilə bağlı tədbirlər, Ermənistanla Azərbaycan arasında sərhədyanı ərazilərə KTMT-nin monitorinq missiyasının göndərilməsi təklif edilib. Təəssüflər olsun ki, həmin mərhələdə o ideyalar, təkliflər bəyənilmədi və həyata keçirilmədi”, - deyə rusiyalı diplomat əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!