Qan azlığının dərmanı bu qidadadır

saytların hazırlanması

Evə çatdırılma

Qan azlığının dərmanı bu qidadadır

Sağlamlıq

25 Mart 2023 12:04 4602


Qan azlığı olan insanlara dəmir, fol turşusu və B12 vitamini olan qidalardan istifadə etmək tövsiyə olunur. Bəs qan artıran qidalar hansılardır?

Yenisabah.az xəbər verir ki, mütəxəssislər, xüsusilə, dəmir çatışmazlığının bəzi qidaların düzgün qəbul edilməməsi nəticəsində meydana gəldiyini bildirir.

Adətən, tərəvəzlərin tərkibindəki C vitamini dəmirin udulmasını dəstəkləyir. Buna görə də hər yeməkdə bol limonlu salatlar yemək qan azlığına xeyirli olacaq. Sezar pizza

Yumurta yeyərkən portağal və ya qreypfrut yemək və ya bu meyvələrin suyunu içmək dəmirin daha yaxşı mənimsənilməsini dəstəkləyəcək. Ümumiyyətlə, çay və qəhvə istifadəsi azaldılmalı, yeməklə birlikdə istifadəyə mütləq son qoyulmalıdır.

İrəliləmiş dəmir çatışmazlığı olan insanlar ət istifadəsi ilə yanaşı, ayran-qatıq da qəbul etməməlidirlər.

Quzu əti, quzu ciyəri, çuğundur, badam, brokoli, ispanaq, balıq qan azlığı və B12 vitamini çatışmazlığını müalicə edən qidalardır.

Şəhla Ağazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!