Qan xərçənginin ilkin əlamətləri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Qan xərçənginin ilkin əlamətləri açıqlandı

Sağlamlıq

13 Sentyabr 2020 17:42 1389


Onkoloq, mammoloq, tibb elmləri namizədi, Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, Rusiya Onkoloqlar Assosiasiyasının üzvü, həkim Roman Temnikov qan xərçənginin erkən əlamətlərini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, o, xüsusi halda baş ağrıları, başgicəllənmələr, pis iştah, temperaturun yüksəlməsi, zəiflik və yorğunluq, çəkinin kəskin azalması kimi əlamətlər vaxtı müayinədən keçməyi məsləhət görüb.

Həkimin sözlərinə görə, xəstəlik sonrakı mərhələlərdə onsuz da özünü taxikardiya, bədəndə göyərmə, dodaqların və dırnaqların mavi rəngi, huşun itməsi, dəri səpkiləri, oynaqların və sümüklərin ağrısı kimi göstərə bilər. Toyuqlu pizza

"Həqiqətən erkən mərhələlərdə leykoza düzgün diaqnoz qoymaq çətindir. Bir qayda olaraq, xəstəlik tibbi müayinələr zamanı və ya xəstə başqa bir səbəbdən həkim axtardıqda aşkarlanır", - o deyib. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!