Qanunsuz ağac kəsən şəxs cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ağac kəsən şəxs cəzalandırıldı

Hadisə

11 Aprel 2020 16:18 1004


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabirabad rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb. 

Nazirliyin mətbuat xidmətindən Yenisabah.az-a daxil olan məlumata görə, araşdırma zamanı Sabirabad rayonu Moranlı bələdiyyəsinə aid torpaq sahəsində rayon sakini Əlsəfa Salmanov tərəfindən ağac və kolların kəsildiyi, təbiətə 2640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

Faktla bağlı akt tərtib olunub.  pizza hut

Qeyd edək ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sabirabad rayon Prokurorluğuna göndərilib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!