“Qapını açın, poçt işçisiyik“ deyib mənzili qarət etdilər

saytların hazırlanması

Evə çatdırılma

“Qapını açın, poçt işçisiyik“ deyib mənzili qarət etdilər

Kriminal

23 Noyabr 2022 12:34 832


Bakıda özlərini poçt işçiləri kimi təqdim edən qarətçilər evə basqın edib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Xətai rayonunda noyabrın 21-də səhər saatlarında özünü poçt işçiləri kimi təqdim edən naməlum şəxslər mənzillərdən birinə daxil olaraq ev sahibinin baş nahiyəsinə küt alətlə vurub. Sonra evdən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaları barədə polis orqanlarına məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Pepperoni pizza

Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!