Qara Qarayev prospektində hərəkət məhdudiyyəti aradan qaldırılıb

saytların hazırlanması

Evə çatdırılma

Qara Qarayev prospektində hərəkət məhdudiyyəti aradan qaldırılıb

Sosial

02 Aprel 2019 22:46 813


Qara Qarayev prospektində ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkətə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyindən "Yeni Sabah"a verilən məlumata görə, belə ki, hərəkət prospektin metronun "Neftçilər" stansiyasından "Xalqlar dostluğu" stansiyası istiqamətində olan hissəsində bərpa edilib.

Hazırda nəqliyyat vasitələri prospektin bu hissəsindən ikitərəfli olmaqla istifadə edir. Məhdudiyyətlə əlaqədar alternativ küçələrə yönləndirilən müntəzəm marşrut xətləri də artıq Qara Qarayev prospektindən keçməklə hərəkət edirlər. pizza sifarişi

Bu səbəbdən də yolda sıxlığın yaranmaması və müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının tıxacda qalmaması üçün qeyd edilən istiqamətdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmək tövsiyə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!