"Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə cavab matçında oynamağa tam hazırdır.
Bu barədə Yenisabah.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən bildirilib. Zədəsini sağaldan yarımmüdafiəçi komanda ilə birlikdə məşqlərdə iştirak edir.
Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk görüşdə "Sürix"ə 3:2 hesabı ilə qalib gəlib. Bu komandalar arasında iyulun 27-i İsveçrədə keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Dördpendirli pizza
Xatırladaq ki, Q.Qarayev zədə səbəbindən "Sürix"lə ilk oyunu buraxmışdı.
Telegram kanalımız