“Qarabağ Azərbaycanındır. Biz 30 ildə özümüzü aldatmışıq” - Paşinyan 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ Azərbaycanındır. Biz 30 ildə özümüzü aldatmışıq” - Paşinyan 

Siyasət

28 Noyabr 2021 07:40 4594


“Hraparak” nəşrinin məlumatına əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan Sünikin (Zəngəzur - WM) icma rəhbərləri ilə görüşündə səs-küylü bəyanat səsləndirib.

Paşinyan ictimaiyyət nümayəndələrini Qarabağın Azərbaycana məxsus olması fikrinə alışmağa çağırıb.

“Qarabağ Azərbaycanındır. Biz sadəcə son 30 ildə özümüzü aldatmışıq. Sonda baş verməli olan baş verdi”, - baş nazir bildirib. Dördpendirli pizza

Görüşdə iştirak etmiş icma nümayəndələri baş nazirin bu fikirlərini şərh etməkdən boyun qaçırıblar.

Bundan başqa, Nikol Paşinyan vurğulayıb ki, Sünik vasitəsilə Azərbaycandan Naxçıvana gedən yolların açılmasına ehtiyac var, çünki hazırkı vəziyyətdən başqa çıxış yolu yoxdur: “Əks təqdirdə, Bakı Naxçıvana çıxışa hərbi yolla nail olmağa çalışacaq. Yerevanın isə qarşıdurma üçün resursu yoxdur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mehriban Həsənova
    4 nəfərlik ailə üçün.qida.tehsil.geyim.kommunal şərtlər bahalaşıb .bu rəqəm yenədə yetərincə deyil!
    4 years ago