Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün “Sevilya”nı Bakıda qəbul edəcək. Bəs görəsən, İspaniya nəhəngi üçün hansı sürprizlər hazırlanıb? Turnirdə ölkəmizin yeganə təmsilçisi olan klubun azarkeşləri bu oyuna necə hazırlaşıblar? Pankartlar və rəqibə təsir altında saxlayacaq hansısa xüsusi şüarlar olacaqmı?
“Yeni Sabah” bununla bağlı Ağdam klubunun azarkeşləri arasında sorğu keçirib:
“Qarabağ Ordu” azarkeş qrupunun rəhbəri Elçin Məmmədli: Pepperoni pizza
Bu matça adi oyunlardan biri kimi hazırlaşmışıq. Biz Çempionlar Liqası görmüş klubun azarkeşləriyik. Ona görə də Avroliqa bizə başqa həyəcan yaşatmır. Bundan daha güclü klublarla qarşılaşmışıq. Düzdür, xüsusi bir şey hazırlamamışıq. Biz düşünürdük ki, APOEL-i keçərik. Ona görə də Çempionlar Liqası üçün nəsə fikirləşmişdik, amma alınmadı. Biz 250 nəfər azarkeşlə ancaq sona qədər “Qarabağ”ı dəstəkləyəcəyik.
Elvin Əsədov (“İmarət” Azad Azarkeş qrupunun İdarə Heyətinin üzvü)
Bu bizim üçün sıradan oyunlardan biridir. Ciddi nəsə hazırlamamışıq.
Sevinc Məmmədova “Qarabağ” azarkeşi
“Qarabağ” ardıcıl 6 ildir ki, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır. Yadımdadır, ilk vaxtlar qrupa düşəndə azarkeşlər maşınlarla çıxıb şəhər turu edirdi. Azadlıq meydanına toplaşıb bu özəl günü bayram edirdik. Özüm də belə təntənəli yürüşlərdə iştirak etmişəm. Çempionlar Liqasının qrupuna vəsiqə qazanılanda camaat səhərə qədər yatmamışdı. Biz də Sumqayıtda bayraq meydanında bunu xüsusi qeyd edirdik. Amma zamanla bunlar adiləşdi. Şükürlər olsun ki, “Qarabağ” bu gün elə səviyəyə gəlib ki, qrupa düşmək minimal hədəf hesab olunur. Artıq adlı-sanlı klubları ölkəmizdə görməyə, onlara qarşı mübarizə aparmağa adət etmişik. Düşünürəm ki, azarkeş qrupları da buna görə xüsusi nəsə hazırlamayıblar. İnşallah, qrupdan çıxaq. Ondan sonra yəqin ki, fərqli, qeyri-adi, təntənəli bir şeylər hazırlayarlar.
Qeyd edək ki, “Qarabağ” – “Sevilya” matçı yerli vaxtla 20:55-də Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək.
Naibə
Telegram kanalımız