"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə İspaniyanın "Atletik" klubu ilə qarşılaşıb.
Yenisabah.az xəbər verir ki, Bilbao şəhərinin "San Mames" stadionunda keçirilən oyunda hesabı 1-ci dəqiqədə “Qarabağ” açıb. Leandro Andrade fərqlənib.
İspaniya klubu 40-cı dəqiqədə bərabərlik qolunu vurub. Qorka Quruseta topu “Qarabağ”ın qapısından keçirib. pizza
İkinci hissədə meydan sahibləri daha 2 dəfə fərqlənərək qalib gəliblər. Əvvəlcə 70-ci dəqiqədə Robert Navarro adını tabloya yazdırıb. 88-ci dəqiqədə isə Qorka Quruseta dubl müəllifi olub.
Bununla da Ağdam klubu 3:1 hesabı ilə məğlub olaraq cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ilk məğlubiyyətini alıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda, noyabrın 5-də Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edəcək.
Telegram kanalımız