“Qarabağ” çempion oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” çempion oldu

İdman

05 May 2019 18:44 1120


Futbol üzrə Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünün çempionu müəyyənləşib.
“Yeni Sabah” xəbər verir ki, “Qarabağ” Topaz Premyer Liqasının 27-ci turunda Tofiq Bəhramov adına Respublika Stadionunda “Səbail” klubunu 4:0 hesabla (Markos Madera 21, Mahir Mədətov 42, 69, 87) məğlub edib. Bununla komanda xallarının sayını 63-ə çatdıraraq Azərbaycan çempionu adını qazanıb.
Ağdamlıların turnir cədvəlində əsas izləyicisi “Neftçi” səfərdə “Qəbələ”ni məğlub (3:1) etməsinə baxmayaraq, xal hesabında “Qarabağ”a çata bilməyib. Komandalar arasında fərq 5 xaldı. Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə çempionluğu bayram edib.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!