Qarabağ erməniləri arasında qanlı hadisə

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ erməniləri arasında qanlı hadisə

Hadisə

05 Oktyabr 2025 17:59 537


Ermənistanın Lori rayonunda (qədim Loru əyaləti-M.) qətl hadisəsi baş verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, hadisə oktyabrın 4-də, saat 16:00 radələrində baş verib. Vətəndaşın bıçaq xəsarətləri ilə mülki avtomobillə “Taşir” tibb mərkəzinə aparıldığı barədə məlumat daxil olub.

Hadisə yerinə gələn həkimlər polisə məlumat veriblər ki, xəsarət alan şəxs özünə gəlmədən ölüb. pizza hut

Polis ölən şəxsin Qarabağdan köçmüş 18 yaşlı Tiqran D. olduğunu müəyyən edib.

Bıçaqlanmada şübhəli bilinən digər şəxs də Qarabağdan getmiş şəxs - Taşirdəki Artak Xaçatryan orta məktəbinin şagirdi 17 yaşlı Razmik M.-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!