“Qarabağ“ - “Ferentsvaroş“ oyunu bu ölkədən olan hakimlərə həvalə edildi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ - “Ferentsvaroş“ oyunu bu ölkədən olan hakimlərə həvalə edildi

İdman

28 İyul 2022 17:15 1212


Çempionlar Liqasının  3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Yenisabah.az UEFA-nın saytına istinadən xəbər verir ki,  matçı İsveç Futbol Federasiyasından Andreas Ekberq idarə edəcək. Ona həmyerliləri Mehmet Kulum və Niklas Nyuberq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adam Ladebek yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Cavab oyunu avqustun 9-da Budapeştdə olacaq.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!