Qarabağ klanının “həftəbecər” gedişi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ klanının “həftəbecər” gedişi

Siyasət

13 Aprel 2022 08:27 1869


Ermənistanda həmişəki kimi siyasi vəziyyət yenə də “həftəbecər” kimidir. Hadisələrin qısa xülasəsindən danışsaq, onu deyə bilərik ki, Seyran Ohanyanın parlamentdəki son çıxışından sonra qondarma rejimin əski parçasını tribunaya tullaması Ermənistada böyük rezonans doğurub.

Müxalifət fraksiyaları bununla da öz dünyalarında Paşinyan hakimiyyətinə qarşı rest çəkdiklərini düşünürlər.

Belə ki, ötən gün məlum olub ki, müxalif “Hayastan” və “Patev unem” fraksiyaları hökumətin keçirəcəyi 4 günlük iclası boykot edərək qanunsuz şəkildə Qarabağa yollanacaq. Heç nə, gələcəkləri varsa, ilələlbət görəcəkləri də var. Dominos pizza

Gəlin tarixə qısa bir ekskursiya edək. 1998-ci ildə Levon Ter-Petrosyanı zorla hakimiyyətdən endirən “Qarabağ klanı” düz 20 il Ermənistanın siyasi həyatında əsas aktor kimi çıxış edib. 1999-cu ildə Karen Dəmirçyanı da aradan qaldıran Robert Koçaryan artıq ölkədə əsas söz sahibi olan adam idi. Xarici dotasiyalar hesabına Ermənistanı güc-bəla ayaqda saxlamağa çalışan “Qarabağ klanı”nın əsas kartı da “Qarabağ” idi. 20 ildir Azərbaycanla sülh danışıqları və problemin həlli çərçivəsində vargəl edən rəsmi İrəvan təmsilçiləri (Qarabağ klanı – red.) indi əllərində heç nəyin qalmadığını görərək ermənilərin milli heysiyatı ilə oynamağa başlayıblar. Onlar küçələrə düşüb “Arstax”ın gələcəyi barəsində qışqır-bağır salıb xalqı Paşinyanın üstünə qaldırmağa çalışırlar. Xalq isə artıq çoxdan bezib bu söhbətlərdən. Hansı ki, ötən il iyunda son sözü xalq dedi.
Görünür, Ermənistan hakimiyyəti artıq gerçəklərlə barışıb. Çünki hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vaan Aleksanyanın qondarma rejimin əski parçasını tribunadan götürməsi, habelə Ermənistan Milli Məclisinin spikeri Alen Simonyanın “Artsaxı Ermənistanın tərkib hissəsi sayırsınızmı” sualından yayınması Paşinyan iqtidarının ağıllandığını göstərir.

Müxalifətin bu mövzuda əllərində bayraq tutduğu məsələlərdən biri də budur ki, “Ermənistanın təhlükəsizlik strategiyasına görə, Ermənistan “Arstax”ın təhlükəsizlini təmin edən əsas dövlətdir”. Paşinyan isə təzə gəldi bazardan, köhnə düşürdü nəzərdən prinsiplərinə riayət edərək bu məsələni kökündən həll etmək istəyir. Bir vaxtlar heç kimin ciddiyə almadığı bir adamın bu gün Ermənistandakı əsas söz sahibi olması da müxalifətin yarasının üstünə duz tökür.

İndi əsas sual budur: Erməni müxalifətinin növbəti “şousu” nə olacaq?

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!