“Baxın, Skandinaviya ölkələri uzun əsrlər savaşıb, amma bu gün onlar birlikdə dinc gələcək qururlar, aralarında sağlam rəqabət aparırlar”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazın da belə bir gələcəyi ola bilər: pizza hut
“Əziz erməni xalqı, biz bu iki xalqla (Türkiyə və Azərbaycan – red.) qonşuyuq və əbədi olaraq da onlarla qonşu olacağıq. Biz artıq bu regionda dinc, sabit bir gələcək qurmalıyıq. Biz bu regionda vahid bir regional məkan yaratmalıyıq.
Qarabağ münaqişəsi bizdən demokratiyamızı aldı, regionu avtoritar düyünə sürüklədi. Qarabağda münaqişə həll edildikdən sonra demokratik bir region görə bilərik”.
Telegram kanalımız