“Qarabağ” – “Neftçi” matçının biletləri sabah satışda

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” – “Neftçi” matçının biletləri sabah satışda

İdman

14 Sentyabr 2019 14:15 923


Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.

"Yeni Sabah" xəbər verir ki, qiyməti 1 manat təşkil edən biletləri sabah saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassasından əldə etmək olar.

Hazırda stadionun kassalarında UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Ağdam təmsilçisinin İspaniya “Sevilya”sı ilə görüşünün bilet satışı davam etdiyi üçün kassaların yalnız birində bu matçın biletləri satışa çıxarılacaq. Pepperoni pizza

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək oyun saat 20:30-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!