Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək.
Yenisabah.az xəbər verir ki, 31-ci turun oyununda liider “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək. "Qarabağ" klubunun açıqlamasında bildirilir ki, oyuna 5300 bilet satılıb. pizza sifarişi
Qeyd olunub ki, azarkeşlər biletləri iTicket.az üzərindən onlayn şəkildə və ya Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər. Matçın start fitindən 2 saat əvvəl stadionun qapıları azarkeşlərin girişi üçün açılacaq.
Telegram kanalımız