“Qarabağ” ordeninin statusu müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” ordeninin statusu müəyyənləşdi

Siyasət

01 Dekabr 2020 18:44 1014


Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının “Qarabağ” ordeninin statutu”nda ordenin kimlərə veriləcəyi məlum olub.

Yenisabah.az xəbər verir ki, yeni təsis edilən “Qarabağ” ordeni düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif ediləcək.

“Qarabağ” ordeni Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, “Qarabağ” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, “Zəfər” ordenindən sonra taxılır. pizza mizza

“Qarabağ” ordeni 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üçtəbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!