Qarabağ qazisi vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ qazisi vəfat etdi

Hadisə

09 Mart 2020 22:17 682


Martın 8-də Qarabağ qazisi Ələkbər Talıbov vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib.

S.Rüstəmxanlı bildirib ki, o, 20 Yanvar faciəsi zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərdiyinə görə "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüşdü: pizza hut

"Ələkbər Talıbov Qarabağda  da erməni işğalçılarına qarşı fədakarlıqla döyüşmüşdü.  

Ələkbər Hacı Məmmədəli oğlu Talıbov 1953-cü il, avqust ayının 7-də Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuşdu. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın Güneyində Miyana fədailərindən idi. 1946-cı ildə oğlu Məmmədəli ilə birlikdə Azərbaycanın  quzeyinə mühacirətə gəlmişdi.

Ələkbər Talıbov vəfatından öncə Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı vəzifəsində çalışırdı.

Qazinin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Allah rəhmət etsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!