Qarabağ qazisini vuran maşında məşhur aktyor da olub -   Video

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ qazisini vuran maşında məşhur aktyor da olub - Video

Kriminal

31 İyul 2019 08:35 1959


Xəbər verdiyimiz kimi, ötən gecə Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.  Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi "Silverado" markalı minik avtomobili ilə sürət həddi saatda 90 km. olan zaman onun qabağına qəfil piyada çıxıb.  Nəticədə M.Bəşirov piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Əraziyə DYP əməkdaşları cəlb olunub, sürücü saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, qəza törədən maşında "Parni iz Baku" KVN komandasının üzvü, “Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov da olub. O, hadisədən sonra APA-nın əməkdaşı üçün danışıb, amma agentlik onun görüntülərini səssiz olaraq yayıb.  Toyuqlu pizza

Həmin videonu təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!