Sentyabrın 18-də Qarabağdakı separatçı rejimin başçısı Samvel Şahramanyan Artur İvanoviç Arutyunyanı qondarma “dövlət naziri” təyin edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Artur Arutyunyanın qondarma rejimin “səhiyyə, ədliyyə, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət, idman, sosial inkişaf, mqrasiya, ərazi idarəetmə və infrastruktur, şəhərsalma, maliyyə və iqtisadiyyat sahələri”ndə aparılan “siyasət”ə nəzarət edəcəyi bildirilir.
Telegram kanalımız