Hamı ondan danışır: “Qarabağ” – “Sevilya” matçındakı uşaq niyə belə etdi?   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Hamı ondan danışır: “Qarabağ” – “Sevilya” matçındakı uşaq niyə belə etdi? - Foto

İdman

20 Sentyabr 2019 16:56 1445


UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın İspaniyanın “Sevilya” klubu ilə qarşılaşmasından öncə qeydə alınmış görüntü diqqətləri öz üzərinə çəkib.

"Yeni Sabah" xəbər verir ki, matç başlamazdan əvvəl “Sevilya” futbolçuları ilə birgə meydana çıxan azyaşlılardan birinin hərəkəti sosial şəbəkədə müzakirəyə obyektinə çevrilib. 

Avropa Liqasının himni oxunarkən “Sevilya”nin braziliyalı mərkəz müdafiəçisi Dieqo Karlosun önündə dayanan azyaşlılardan biri barmağı ilə üç işarəsi edib. Sosial şəbəkə istifadəçiləri azyaşlının bu hərəkətini qarşılaşmanın hansı hesabla nəticələnəcəyi barədə öz ehtimalı kimi qiymətləndirib. pizza

Belə ki, azyaşlı barmağı ilə işarə etdiyi kimi qarşılaşma da 0:3 hesabı ilə qonaqların qalibiyyəti ilə yekunlaşıb.

"Oxu.Az"ın əldə etdiyi məlumata görə, həmin uşağın adı Fəriddir. Fərid Peşəkar Futbol Liqasının mətbuat katibi Aslan Şahgəldiyevin oğludur. Atası isə saytımıza açıqlamasında buna aydınlıq gətirib:

“Fəriddən bunu niyə etdiyini soruşmuşam. O, hesabın “Qarabağ”ın xeyrinə 3:0 bitəcəyini göstərir. Bunu “Sevilya” futbolçusuna göstərmək istəyirmiş. Amma göründüyü kimi, hesabı təxmin edə bilməyib və əksinə, “Qarabağ” 0:3 uduzub”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!