Bu gün Tofiq Bəhrəmov adına stadionda Çempionlar Liqasının növbəti təsnifat mərhələsində “Qarabağ” klubu İsveçrənin “Sürix” komandası ilə qarşılaşacaq.
Saat 20:00-da başlayacaq oyun haqqında proqnozlarını tanınmış idman yazarı Aydın Bağırov Yenisabah.az-a bölüşüb. Jurnalistin fikrincə, “Qarabağ”ın bugünkü oyunu daha çətin olacaq:
“Bugünkü oyun öncəki turdakı oyundan fərqli olaraq daha yaxşı formada olacaq. Komanda daha rahat oynaya biləcək. Təbii ki, rəqib çox güclüdür, öz ölkəsinin çempionudur. Bu gün “Qarabağ” üçün azarkeş amili də çox vacib məsələdir. Demək olar ki, 30 min biletin hamısı satılıb.” pizza
İdman şərhçisi hesab edir ki, “Qarabağ” bu gün qələbə qazanacaq:
“Düşünürəm ki, hər halda minimal hesablı da olsa qələbə qazanacaq və “Sürix” səddini ümumi hesabda “Qarabağ” adlayacaq. Əgər “Lex”lə “Sürix”i müqayisə eləsək, baxmayaraq ki, “Qarabağ” böyük hesablı qələbə qazanmışdı, məncə bu dəfə rəqib daha çətin olacaq. İlk oyunda komanda təlim-məşq toplantısından yeni qayıtmışdı, amma biz adətən şahidi oluruq ki, “Qarabağ” oyundan-oyuna, mərhələdən-mərhələyə daha da optimal formaya qalxır, üst səviyyəyə keçir. Bu mənada mən düşünürəm ki, biz bu oyunda daha yaxşı “Qarabağ” görəcəyik və faiz göstəricisi ilə baxsaq komandanın qələbə şansını 60%-dir“.
Nurlan Cəfəri
Telegram kanalımız