“Qarabağ“ “Sürix“'ə qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ “Sürix“'ə qalib gəldi

İdman

19 İyul 2022 22:06 1019


Bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə ilk oyununa çıxıb. 

Yenisabahaz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu iyulun 27-si İsveçrədə olacaq. Dördpendirli pizza

Cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün zəifi ilə görüşəcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

İlk oyun

20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) - 3:2

Qollar: Kadi, 17 (1:0), İbrahima Vadji, 36 (2:0), Lindrit Kamberi, 65 (2:1), İbrahima Vadji, 66 (3:1), Mirlind Kryeziu, 85-pen. (3:2)

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (Bosniya və Herseqovina)

Tofiq Bəhramov adına Respublika Stadionu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!