Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları başa çatıb.
"Yeni Sabah" xəbər verir ki, 25 avqustda daha iki matç keçirilib.
Günün ilk oyununda "Sabah" "Keşlə" ilə qarşılaşıb. Qonaq komandanın futbolçusu Vüqar İsgəndərlinin 45-ci dəqiqədə vurduğu qol matçın yeganə olub. Azərsun Arenada keçirilən günün digər görüşündə son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. 61-ci dəqiqədə "qırmızı-qaralar" qapısına təyin edilən penaltini Riçard Almeyda qola çevirib. 63-cü dəqiqədə "ağ-göylər"in yeni transferi Maqaye Qeye komandasının 2-ci qolunu vurub. Görüşün 79-cu dəqiqəsində Abdullah Zubir rəqibin qapə torunu silkəyib və hesab arasında fərqi bir az daha artırıb. Sezar pizza
Qeyd edək ki, tura avqustun 26-ı keçiriləcək “Zirə” – “Neftçi” oyunu ilə yekun vurulacaq.
Telegram kanalımız