“Qarabağ” və “Neftçi” Azərbaycan derbisinə hansı itkilərlə çıxacaq?

“Qarabağ” və “Neftçi” Azərbaycan derbisinə hansı itkilərlə çıxacaq?

İdman Veb saytların hazırlanması

14 Sentyabr 2019 12:06 1408


Bu gün Azərbaycan Premyer Liqasında 4-cü  tura start veriləcək. Turun mərkəzi oyunu isə sabah baş tutacaq “Qarabağ” – “Neftçi” matçıdır. Azərbaycan derbisində ən maraqlı amillərdən biri də komandaların heyəti ilə bağlıdır. Bəs sabah hasnı futbolçular oyunu buraxacaq?

“Yeni Sabah”a açıqlama verən hər iki klubun mətbuat xidmətinin rəhbəri mövcud itkilərdən danışdı.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov yalnız Filip Ozobiçin zədəsinin ciddi olduğunu və onun derbidə iştirak edə bilməyəcəyini bildirib:

“Sadəcə Ozobiçin oynamayacağı dəqiqdir. Qalan bəzi futbolçularımızda. belə deyim, mikrozədələr var. Bədavi Hüseyov 3 aydır ki, zədələnib, məşq edir. Amma onun oynayıb-oynamayacağı oyun günü bəlli olacaq. Millinin düşərgəsindən zədəli qayıdan futbolçular isə komanda ilə məşq edib. Sabah kimlərin oynayacağı isə baş məşqçinin qərarından asılıdır”.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev isə yalnız Anton Krivotsyukun sabahkı matçda iştirak etməyəcəyinin dəqiq olduğunu söyləyib:

“Bizdə yalnız Anton Krivotsyuk cəzalıdır. Soni Mustivar da “Sumqayıt”la matçda zədələnmişdi. Onun da oynama ehtimalı çox azdır. Sabah həkimlərin qərarından sonra oy naya bilsə, oynayacaq”.

Qeyd edək ki, “Qarabağ”ın 2 futbolçusu – Maksim Medvedev , Rahil Məmmədov millimizin düşərgəsindən zədəli qayıtmışdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!