Qarabağ Xronikası: İran silah dəhlizi- VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Xronikası: İran silah dəhlizi- VİDEO

Siyasət

20 Yanvar 2024 23:10 927


“Qarabağ xronikası” verilişinin 129-cu buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda son günlər gündəmi zəbt edən Ermənistanın silahlandırılması mövzusuna toxunub.  

Bildirilib ki, bu mövzu son üç ilin ən aktual məsələsi olsa da, ara-sıra ikinci plana keçmək xüsusiyyətinə malik olan bir məsələdir. pizza mizza

Mövzunun son günlər yenidən gündəmə gəlməsi isə İran ərazisindən Ermənistana daşınan hərbi texnikadır.

Yayımlanan foto və videogörüntülərdən gəlinən nəticə odur ki, Azərbaycan-İran-Ermənistan sərhədi yaxınlığında obyektivlərə tuş gələn yük məhz hərbi texnikaya xass olan cizgilərə malikdir.

Üstü maskalanmış şəkildə olsa da daşınan yükün zirehli texnika və reaktiv yaylım atəş sistemlərinin platformalarına xarakterik formada olması danılmaz bir həqiqətdir.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!