“Qarabağa gedən bəzi adamlar insanlarda qıcıq doğurur“ - Mehriban Ələkbərzadə

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağa gedən bəzi adamlar insanlarda qıcıq doğurur“ - Mehriban Ələkbərzadə

Mədəniyyət

19 İyul 2022 22:46 3335


“Torpaqlarımızın işğaldan azad olunması sevincini bizim nəsil yaşaya bildi, bu çox qürurverici bir hissdir. Bu bir siyasət deyil, bu vətəndaş mövqeyidir. Görürəm ki, bəzi adamlar qıcıq doğurur insanlarda ki, niyə o gedir? Niyə bu gedir? Hamı getməlidir, anlayıram. Amma və lakin. Sabah bir iş göstərməyimizlə boy verək də. Bilirsiniz ki, mənim silsilə filmlərim var idi. Predmet qalır missiya dəyişir də. Artıq qələbəyə qədər davamı var deyib mən bu filmləri, verilişləri hazırlayırdım. İndi şükür qələbəmiz var. Amma o yurd yerlərinin dirçəlməsi, sahiblik hissinin və adların, mahiyyətin qaytarılması istiqamətində iş getməlidir. İdealoji iş davam etməlidir”. 

Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Mehriban Ələkbərzadə deyib. Rejissor teatrda hazırladığı tamaşalar haqda iməlumat verib:

“Teatrda iki yeni tamaşanın hazırlıq prosseslərinə başlanılıb. Mövsümü bağlasaq da məşqlərimiz davam edir. Bu tamaşa xalq düşmənlərinin, repressiya qurbanlarının arvadlarına həsr olunub. Çox böyük bir layihədir, 75 nəfər truppa ilə hazırlanan tamaşadır. Düşünürəm ki, yeni bir iş olacaq. Yaxşı olacaq pis olacaq bilmirəm, amma bir onu bilirəm ki, yenidir” deyə rejissor bildirib.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!