“Qarabağ”a kubok nə vaxt təqdim olunacaq?

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”a kubok nə vaxt təqdim olunacaq?

İdman

29 Aprel 2025 14:38 670


"Qarabağ" 2024/25 mövsümü Misli Premyer Liqasının qalibi adını təmin edən "Qarabağ"a çempionluq kubokunun və qızıl medalların veriləcəyi vaxt müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, mükafatlar Ağdam klubuna Premyer Liqanın 35-ci turunun matçından sonra təqdim ediləcək. Həmin turda Qurban Qurbanovun komandası "Azərsun Arena"da "Kəpəz"i qəbul edəcək. Bu, onların cari mövsümdə sonuncu ev matçı olacaq.

"Qarabağ" - "Kəpəz" oyunu mayın 16-18-i arasına təsadüf edəcək. Hələlik dəqiq tarix təsdiqlənməyib. Dördpendirli pizza

Oyundan sonra AFFA və PFL rəhbərliyi "Qarabağ"a çempionluq kuboku və qızıl medalları təqdim edəcək. Artıq bununla əlaqədar hazırlıq işlərinə başlanıb.

"Qarabağ" Premyer Liqa mövsümündə sonuncu matçını isə 36-cı turda səfərdə "Şamaxı"ya qarşı keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!